FRANSA



Fransa
Fransa Respublikası
République Française
Fransa bayrağı Fransa gerbi
Bayrağı Gerbi
Himn:
Fransa – xəritədə yeri
Paytaxt Paris
Rəsmi dil fransız dili
Prezident Nikolya Sarkozi
'
Pul vahidi Avro ([[ISO 4217|]])
Yay vaxtı (UKV1)
İnternet domeni .fr
Telefon kodu +33
Fransa Respublikası (fr. République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə qonşu olan Qərbi Avropada ölkə.
Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Türkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir.

 Əhali


1999-cu il siyahıyaalınması zamanı Fransa Respublikasında Əhalinin sıxlığı..
Əhalinin 94%-ni fransızlar, 5%-ni portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər təşkil edir.


Din

Paris Məryəm Ana kilsəsi
Fransa - vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikalarının nəticələrinə görə Fransızların 51%-i Katolik, 31%-i ateist, 10%-i başqa dinlərə, 4%-i müsəlman , 3%-i Protestan, 1%-i Yəhudi, 1%-i də Buddist olduğunu söyləmişdir. Avropa ölkələrində statistik araşdırmalar Avrobarometre adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə, Fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hərhansı bir tanrının varlığına inanmadığını söyləmişdir. Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon olaraq hesablanmışdır. (O dövrkü əhalinin 6,3%-i) Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5-6 milyon olaraq açıqlanmışdır.Müsəlman əhalinin əksəriyyəti Ərəb, Məğrib,zənci mənşəlilər və Türklər təşkil etməkdədir. (Əhalinin 8%-i və yaxud 10%-i) Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporasıdır. Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransız hökumətinin hərhansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə Fransız hökuməti yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur. Scientology, Tanrı'nın Övladı, Moon təriqəti və Günəş Məbədi kimi dini axımlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillərdir. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.

 Coğrafiya

France template.png
No-Pa
de-Kale
Pikardiya
Yuxarı
Normandiya
İl-de-
Frans
Şampan
-Ardenn
Lorrein
Elzas
Franş
-Komte
Burqundiya
Sentr
Pays de la
Loire
Britanni
Aşağı
Normandiya
Puatu
-Şaranta
Limuzen
Overn
Rona
-Alp
Aqvitaniya
Cənubi-Ririney
Langedok
-Russilyon
PAR
Korsika
Fransa Qvianası
Quadelupa
Martinika
Reyunion
Belçika
Lüksemburq
Almaniya
İsveçrə
İtaliya
Böyük Britaniya
Andorra
İspaniya
English Channel
Biskay
Köfəzi
Liquri
dənizi
Aralıq
dənizi
Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (Alp və Prineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.
Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.
Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.
Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.
İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qarametallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.
Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.

 Fransa şəhərləri

Tarixi abidələri və arxitekturası


Noterdam de Paris

Nimes amfiteatrı

Cluny Abbey

Chartres kilsəsi

Chateau de Chenonceau

Vaux-le-Vicomte

Arc de Triomphe du Carrousel

 Hökumət

İdarəetmə forması prezidentli respublikadır.
Ali qanunverici orqan - ikipalatalı parlament (Milli məclis və Senat)
Ali icraçı orqan - Nazirlər Soveti
Baş nazir - Frensua Fiyon (16 may 2007) Fransa Respublikası, yarı prezidentli sistemlə idarə olunan, köklü bir demokratiya keçmişinə sahib unitar bir dövlətdir. Beşinci Fransa Respublikası olan bugünkü Fransasının konstitusiyanın 28 Sentyabr 1958 ilində aparılan referendum nəticəsi təsdiqlənmişdir. Bu kostitusiya parlamentə nisbətən dövlət başçısının vəzifələrini artıran qanunlar daxildir. Fransada dövlət idarəsinin iki qanadı vardır: Fransa Prezidenti və Hökumət. Ölkənin prezidenti ölke səviyyəsində 18 yaşı tamam olmuş və səs vermə haqqı olan bütün seçicilər tərəfindən beş illik dövr üçün (əvvəllər yedi il) seçilir. Hökumət isə prezident tərəfindən təyin edilən bir baş nazir tərəfindən idarə olunur. Fransız Parlamenti iki məclisli bir qnunverici orqanıdır: Fransa Milli Məclisi (Assemblée Nationale) və Senat (Sénat). Milli məclisdəki millətvəkilləri gəldikləri seçim bölgəsini təmsil edirlər ulusal seçimlerde 5 yıllık süre için seçilirler. Seçilen 577 milletvekili Bourbon Sarayı'nda toplanır. Milli məclisin nazirlər şurasını istefaya gönderçek hüququ vardır. Bu səbəblə partiyalararası kürsü dağılımı hökumətin qərarına doğrudan təsir edər. 343 senator isə bütün Fransa hüdudunda xalq tərəfindən seçilmiş olan belediye meclisi üyelerinden, il (département) yerel meclis üyelerinden, Bölge (Région) yerel meclis üyelerinden oluşan seçmenler tarafından dokuz yıllık bir süre için seçilir. Senato seçimleri her 3 yılda bir yapılır ve her seçimde senatonun üçte biri yenilenir.[6] 2010'dan itibaren senatörler 6 yıllık bir süre için seçilecektir ve yine her üç yılda bir yapılan seçimlerde yarısı yenilenecektir. Senato Lüksemburg Sarayı'nda (Palais du Luxembourg) toplanır. Senato'nun yasama gücü sınırlıdır: Senato ile ulusal meclis arasında anlaşmazlık olması durumunda son söz Ulusal Meclis'e aittir. Meclisin gündemini belirlemede hükûmetin büyük etkisi vardır. Ulusal meclis ve senato birlikte, Versailles şatosunda toplanıp Fransa Parlamentosu'nu oluştururlar. Yalnızca anayasa değişikliğiyle ilgili olarak ve uluslararası bazı anlaşmaları onaylamak amacıyla toplanırlar. Fransa politikaları iki ana politik görüş çevresinde şekillenir: sol görüşlü politikacılar Fransa Sosyalist Partisi etrafında, sağ görüşlü politikacılar Halk Hareketi Birliği partisi etrafında örgütlenmişlrdir. Meclisin yürütme kanadında Halk Hareketi'ne mensup vekiller çoğunluktadır.

 Təhsil

Fransanın müasir təhsil sistemi sonuncu 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Onun başlıca xüsusiyyəti dövlət təhsil müəssisələrinə sahib olmasıdır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur.(Düzdür, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.
Sonuncu məlumatlara görə, Fransada şagird və tələbələrin sayı 15 mln. yüksəlib və bu da ölkədəki əhalinin 4/1 təşkil edir. Ölkədə 7 min kollec və 2600 lisey var. Hər il dövlət büdcəsindən təhsilə 21 faiz vəsait ayrılır.
Fransadakı təhsil sistemi çox aydın ifadə edilən milli xüsusiyyətlərə malikdir. Bu ölkədə silklərə bölünmə, diplom və təhsil alma dərəcələrinin xüsusi sistemləri var. Dövlət təhsil müəssisələrində verilən diplomlara qarşı xüsusi yanaşma olur: belə ki, onlar digər özəl məktəb və universitetlərə nisbətən daha yüksək qiymətləndirilir.
Fransada təhsil sistemi

 Dil mərkəzləri

Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısamüddətli kurslar tapmaq olar.
Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ (əlaqə, ünsiyyət) üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına, əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar vardır. Qəbuletmə zamanı tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.
Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz , kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

 Fransada kolleclər

Kolleclər orta ixtisas təhsili sahəsidir. Fransada belələri mövcud deyildir. Burada kollecləri 2-ci dərəcəli orta məktəblər adlandırırlar. 2-3 il təhsil müddətində hansısa bir iş peşəsi almaq olar. Bir qayda olaraq, təhsil alanlar buraxılış imtahanından sonra sənaye və yaxud müxtəlif xidmət sahələrinə işləməyə gedirlər.
Başqa çıxış yolu da var: kolleci bitirdikdən sonra əmək peşəsi təlimi mərkəzlərindən birinə daxil ola bilər və öz ixtisasına uyğun olaraq işləyə bilməsi üçün sertifikat ala bilər.
Fransada orta və yüksək təhsil arasında elə bir ciddi sərhəd yoxdur. Birinci ikinci üçün pilləkən rolunu daşıyır.

Fransada universitetlər

Fransanın ali təhsil sistemi bu gün yüksəlmə dövrünü yaşayır. Əgər 1980-ci ildə tələbələrin sayı 1.2 mln idisə, 2001-ci ildə bu göstərici 2 mln-ya çatdı və artmağa da davam edir. Fransa torpağında ali təhsil alan hər 10 tələbədən biri əcnəbidir.
Fransada təhsil sürətli və çevikdir. Universitet təhsili 3 hissəyə ayrılır. Tələbələr hər birini bitirdikdə diplom alırlar.
Birinci hissə iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsili diplomunu almaq üçün imtahanla tamamlanır. Çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır.
İkinci hissə də 2-3 illik təhsildən ibarətdir. Birinci ili bitirdikdən sonra lisenziyalı diplom verilir, növbəti isə magistr diplomunu almaqla bitir.
Nəhayət, 3-cü hissə seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə xüsusi ali təhsil və ya əsaslı təhsil diplomu verilir.
Fransada təxminən 80 universitet və 300-ə yaxın məktəb vardır. Fransız ali məktəbləri öz ölçülərinə görə fərqlənirlər, lakin bütövlükdə yerləşdiyi yerdən asılı olmayaraq, yüksək keyfiyyətli təhsil vəd edirlər. Böyük əyalətlərdəki şəhərlərdə – Lilya, Tuluza, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada bir qayda olaraq, kiçik xüsusiyyətləri ilə fərqlənirlər. Burada 2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 4/1-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.
Fransada universitetlərin rəsmi reytinqi mövcud deyildir, lakin yekunlaşmış nəticələr haqqında danışmaq olar. Necə ki, Fransanın alman dili öyrədən ən yaxşı fakültəsi Strasburq Universitetindədir, məsələn, Monpelye Universitetində təbiət elmləri və tibb fakültələri daha yaxşı təşkil olunmuşdur. Ən ali ticarət məktəbi, ali iqtisadi və ticarət elmləri məktəbi, Parisin ali ticarət məktəbi və başqalarını flaqmanlar aralarında biznes – təhsili adlandırırlar.
Prinsip etibarilə, universitetlər və ali məktəblər arasında fərq mövcud deyildir. Yalnız yaranmış tarixi tiplərdən söhbət gedə bilər.
Ali təhsil məzununun diplomu nüfuzuna görə, bəzən universitet diplomundan daha yüksək qiymətləndirilir. Bunlardan 1-cilər fransız inqilabından əvvəl yaranmışdı: Dağ məktəbi 1783-cü ildə. Bir il sonra körpü və yolların çəkilməsi üçün tikilmiş krallıq məktəbi. Bir qayda olaraq, böyük biznesə və siyasətə gedən yol məhz onlardan keçir. Ekol Normal, Ali Təsərrüfat məktəbi, Ali Ticarət məktəbi, Texniki məktəb, mühəndis vətəndaşlar üçün Mərkəzi məktəb, Hərbi ümumqoşun məktəbi daha çox məşhurdurlar. Doğrudur, əcnəbinin buraya daxil olması çox çətindir, belə ki, hər iş ayrı-ayrılıqda, lazımınca araşdırılır, çox vaxt rədd edilir. Ən yaxşı şans BAC attestatına sahib olanlardadır, ancaq onlara da 1-2 il xüsusi məşğələ siniflərində çalışmaq, amansız konkursda səbirli olmaq lazım gələcəkdir. Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin, heyf ki, onu yalnız fransız liseyini bitirdikdən sonra imtahan verərək və yaxşı nəticə əldə edərək almaq olar. Buna görə, onun bütün sadəliklərinə baxmayaraq, elə də yüngül adlandırmaq olmaz.
Başqa variantlar da var. Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxs ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınasın. Şans müsbət cavab almaq istəyən elə insanlarda baş qaldırır ki, onlar oxuduqları ali məktəbləri qurban verə bilərlər və yenidən 1-ci kursa, lakin fransızca davam etməlidirlər.
Əgər sizin namizədliyiniz Fransada bəyənilsə, onlar sizə fransız dilində DALF testə cavab vermək üçün dəvət göndərəcəklər. Bundan əlavə, sizi DALF almanız üçün imtahana buraxsınlar deyə, ilk iş olaraq, çox da çətin olmayan daha bir imtahan verməlisiniz və fransız dilini DELF öyrəndiyinizə görə diplom almalısınız.
Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kim ki, kursun sonunda imtahanları verə bilir, o həmin ali məktəbin tələbəsi olur.
Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə istiqamətləndirilmiş və 1-2 illik təhsil ehtimal olunur. Bura daxil olmaq üçün dinlədiyin kurslar və aldığın qiymətlər barədə diplom və akademik arayış , bundan başqa, TOEFL (550-700) və ya İELTS (6.0-7.0 bal) testinin nəticələrini vermək lazımdır. Bəzən ingilis dilində imtahanları məktəb özü təşkil edir. Belə proqramlarda təhsil almaq ödənişlidir.

 Siyasət

Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi bəzi fərqli xüsusiyyətlərə və ənənələrə malikdir. 1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır. Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökümətə inam yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər. Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib. Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökümətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur. Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər. Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN. 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var. Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir. 1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın diplomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var. Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.
Fransa partiyaları:
Fransa Sosialist Partiyası - FSP, Lider: F.Oland
Fransa Kommunist Partiyası - FKP, Lider: J.Byuffe
Fransa Uğurunda Hərəkat - FUH, Lider: F.Deviye
Milli Cəbhə, Lider: J.J.Penn


Комментариев нет: