FRANSIZ YAZIÇILAR


                           Viktor-Mari Hüqo

   
Viktor Hüqo
fr. Victor Marie Hugo
Victor hugo.jpg
Doğum tarixi:26 fevral 1802-ci il
Doğum yeri:Fransa
Vəfatı:22 may 1885-ci il (83 yaşında)
Vəfat yeri:Fransa
Janr:Romantizm
Victor Hugo Signature.svg
 (fr. Victor Marie Hugo; 26 fevral 1802, Fransa- 22 may 1885, Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri.

[redaktə]Həyatı

Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.
  • "Səfillər" epopeyası
Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. müdafiə etmişdir.
Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

[redaktə]Əsərləri

  • "İsland Han" (1823) ilk romanı
  • "Yeni mədhiyyələr" şeirlər toplusu (1824)
  • "Büq-Jarqal" (1826)
  • "Kromvel" dramı (1827)
  • "Mədhiyyə və balladalar" (1828)
  • "Şərq poemaları* (1829)
  • "Marion de Lorm" dram əsəri (1829)
  • "Ernani" dramı (1829)
  • "Gənc Fransa" inqilabın himni olacaq mədhiyyə (1830)
  • "Paris Notr Damm Kilsəsi" romanı (1831)
  • "Kral əylənir" dram tamaşası (1832)
  • "Edam məhkumun son günü" (Le dernier jour d’un condamné) (1832)
  • "Klod He" (1834)
  • "İşıq və kölgə" şerlər toplusu (1840)
  • "Bir cinayətin tarixi" (1852)
  • "Cəzalar" (Les Châtiments) (1853)
  • "Düşüncələr" poetik avtobioqrafiyası (1856)
  • "Əsrlərin əfsanəsi" tarixi poeması (1856) (İkinci hissəsi 1877-ci ildə nəşr olunur)
  • "Səfillər" (1861)
  • "Vilyam Şekspir" (1864)
  • "Küçə və meşələrin nəğmələri" (1865)
  • "Dəniz zəhmətkeşləri" (1866)
  • "Gülən insan" (1869)
  • "93-cü il" (1874)




                                Jül Qabriel Vern

Jül Vern
fr. Jules Gabriel Verne
Jules Verne.jpg
Doğum tarixi:8 fevral 1828-ci il
Doğum yeri:Nant, Fransa
Vəfatı:24 mart 1905-ci il (77 yaşında)
Vəfat yeri:Amyen, Fransa
Vətəndaşlıq: Fransa
Fəaliyyəti:Nasir, dramaturq
Karyera:1850-1905
Janr:Elmi fantastika, macəralar, elmi-populyar ədəbiyyat, coğrafi kəşflər sahəsində tədqiqatlar
İlk əsəri:"Beş həftə hava şarında"
Jules Verne autograph.jpg

 (fr. Jules Gabriel Verne, 8 fevral 1828 – 24 mart 1905) — fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri.
Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.
O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.

[redaktə]Əsərləri

Jül Vern öz əsərlərinin qəhrəmanlarının əhatəsində
Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və əfsanəvi "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.
Jül Vern özünün "Sen-Mişel I", "Sen-Mişel II" və "Sen-Mişel III" yaxtalarında səyahətlərə çıxmış, 1859-cu ildə İngiltərə və Şotlandiyaya, 1861-ci ildə Skandinaviyaya səfər etmişdir.
1867-ci ildə "Greyt İstern" paroxodunda ABŞ-a səyahət etmiş, Nyu-Yorkda və Niaqara şəlaləsində olmuşdur.
1878-ci ildə "Sen-Mişel III" yaxtasında Aralıq dənizi boyunca böyük səyahətə çıxmış, Lissabon, Tanjer, Cəbəllütariq və Əlcəzairdə olmuşdur. 1879-cu ildə həmin yaxtası ilə yenidən İngiltərə və Şotlandiyada olmuşdur. 1881-ci ildə Niderland, Almaniya və Danimarkaya səfər etmişdir.
1884-cü ildə son böyük səyahətinə çıxmış, "Sen-Mişel III" yaxtasında Əlcəzairdə, Malta, İtaliya və digər Aralıq dənizi ölkələrində olmuşdur. Bu səfərlərin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil etmişdir – "Üzən şəhər" (1870), "Qara Hindistan" (1877), "Yaşıl şüa" (1882), Lotereya bileti (1886) və s. Onun "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunmuşdur.
Jül Vernin bir neçə tarixi romanı da var. "Arxipelaq alovlanır" əsəri onun tarixi romanlarının zirvəsi hesab olunur.

  • "Yerin mərkəzinə səyahət" (1864)
  • "Kapitan Haterasın səyahət və macəraları" (1865)
  • "Yerdən Aya" (1865)
  • "Kapitan Qrantın uşaqları" (1867)
  • "Ay ətrafında" (1869)
  • "20 000 lye su altında" (1870)
  • "80 gün dünya ətrafında" (1872)
  • "Sehrli ada" (1874)
  • "Mixail Stroqov" (1876)
  • "On beş yaşlı kapitan" (1878)
  • "İstilaçı Robur" (1886) və başqaları

Комментариев нет: